Azərbaycan taekvondoçusu Moskvada qızıl medal qazandı

13:46 28 Sentyabr 2015

Moskva şəhərində təşkil edilən və sayca 5-ci olan "RUSSIAN OPEN 2015" beynəlxalq turniri başa çatıb. Sportarena.az xəbər verir ki, sentyabrın 26-27-də ”Dinamo” idman kompleksində keçirilən G1 kateqoriyalı turnirdə milli komandamızın 3 üzvü - Məhəmməd Məmmədov (-68 kq), Milad Beigi Hərçəqani (-80 kq) və Fəridə Əzizova (-67 kq) qüvvələrini sınayıb. Təmsilçilərimiz bu yarışı da medalla başa vuraraq adlarını mükafatçılar sırasına yazdırmağı bacarıblar.

 

Belə ki, -80 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Milad Beigi Hərçəqanı rəqiblərinə şans vermiyərək finala yüksəlib, finalda isə Almaniya təmsilçisi Tahir Güleçi məğlub edərək turnirin qızıl mükafatını qazanıb. Qadın taekvondoçumuz Fəridə Əzizova (-67 kq) isə yarımfinalda məğlubiyyətlə barışmalı olub. Məhəmməd Məmmədov ilk rəqibini məğlub etsə də, növbəti rəqibə yenilib. Millinin üzvləri bu gün vətənə dönəcək.


Digər xəbərlər

Xəbər xətti