ŞOK! Avropa Oyunlarının iştirakçısı göldə batdı

14:23 28 Sentyabr 2015

Çexiyalı cüdoçu Aleksandr Yureçka 24 yaşında ölüb. Sportarena.az xəbər verir ki, o, ötən həftənin cümə günü İtaliyada yerləşən "La Garda" gölündə batıb.

 

Yureçkanın ölümü ilə bağlı gələn həftə Özbəkistanda keçiriləcək Daşkənd Qran-Pri yarışı 1 dəqiqəlik sükutla başlayacaq.

 

Mərhum cüdoçu ötən ay Astanada keçirilən dünya çempionatında 90 kq çəki dərəcəsində mübarizə aparıb və iki dəfə "Böyük Dəbilqə" turnirinin bürünc mükafatçısı olub. O, "Bakı 2015" I Avropa Oyunlarına da qatılsa da, ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb.


Digər xəbərlər

Xəbər xətti