Riçard Almeyda "25"ə çatdı

14:51 28 Sentyabr 2015

“Qarabağ”ın futbolçusu Riçard Almeyda Azərbaycan çempionatlarında yubiley – 25-ci qolunu vurub. Sportarena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının VI turunun “Neftçi” ilə matçına təsadüf edib.

 

Penaltidən dəqiq istifadə edən cənubi amerikalı hesabı bərabərləşdirməklə yanaşı, özünün mövsümdə 3-cü, ümumilikdə 25-ci qoluna imza atıb. Almeyda buna 92 matçda nail olub. O, 2012/13 mövsümündə 13, 2013/14 mövsümündə 6, 2014/15 və 2015/16 mövsümlərinin hərəsində 3 dəfə fərqlənib.

 

Riçard Azərbaycan çempionatlarında 25 və daha çox qol vuran 7-ci braziliyalı legioner olub. Ona qədər Leandro Qomeş 41, Junivan Suares 40, Junior Nildo 37, Reynaldo Silva 34, Flavio Aleks Valensio 31, Fabio Luis Ramim 27 qol vurub.


Digər xəbərlər

Xəbər xətti