Elvin Məmmədov: "Rəşadla Şehiç dalaşsaydılar..." - MÜSAHİBƏ

15:25 28 Sentyabr 2015

"Qarabağ"ın yarımmüdafiəçisi Elvin Məmmədovun Sportarena.az saytına müsahibəsi

 

- "Neftçi" ilə oyunda "Qarabağ" özünə bənzəmədi. Bəlkə rəqibi ciddiyə almırdız deyə belə oldu...

- Yox, belə bir şey ola bilməz. Məgər Azərbaycan çempionatı zəifdir ki? "Neftçi" çox yaxşı komandadı. Yeni baş məşqçi, yeni futbolçular. Əksəriyyəti gənclərdi. Onlar da özlərini ən yaxşı tərəfdən baş məşqçiyə göstərməyə çalışırdılar. Mən şəxsən "Neftçi"ni çox bəyəndim. Onlar nəyə qadir olduqlarını göstərdilər. Qurban müəllim də oyundan sonra dedi ki, "Neftçi" mübariz komandadır.

 

- "Neftçi"yə qarşı seçdiyiniz oyun üslubu "Anderlext"lə matçöncəsi hansısa taktiki gediş ola bilərmi?

- Təbii ki, xeyr. Biz hər oyuna maksimum nəticə üçün çıxırıq. "Qarabağ" peşəkar futbolçulardan ibarət komandadır. Bu, komandaya yaraşmaz ki, oyuna görə zəif oynasın. Biz hər zaman öz oyunumuzu oynayıb, nəticə qazanmağa çalışırıq.

 

- Fariz Yusifovun "Neftçi"nin qapısına təyin etdiyi penalti epizodu hələ də müzakirə olunur. Sən nə deyə bilərsən?

- Bu barədə çox danışılıb. Uzandıqca uzanır. Hakim həmin penaltini verməsə də, heç kim heç nə edə bilməyəcəkdi. O qərarı dəyişmək artıq mümkün deyil. Bunu normal qarşılamaq lazımdır. Futboldu, belə hallar olur. Araşdırsaq, keçmişə baxsaq, görərik ki, hər bir komandaya bu cür penaltilər verilib.

 

- Qarşıda "Anderlext"lə vacib oyun var. Həmin matçda "Qarabağ"dan nə gözləyə bilərik?

- İnşallah, ilk növbədə layiqli mübarizə aparmağa çalışacağıq. Avropada da nəticə göstərmək istəyirik. Evdə oynayaxağıq. Qələbə qazanmağa çalışacağıq. Düzdür, çətin olacaq. Çünki qrupumuzda çox güclü, adlı-sanlı komandalar yer alır. Layiqli oyun və yaxşı nəticə qazanıb, xalqımızı sevindirmək istəyirik.

 

- "Neftçi"yə qarşı göstərdiyiniz oyunla "Anderlext" qarşısında nə etmək olar?

- Futbolda hər şey ola bilər. Ola bilər ki, "Anderlext"lə də oyunumuz alınmasın. Özünüz də futbolun içindəsiz. Belə şeyləri bilirsiz. Elə komandalar var ki, onlara qarşı oynamaq çətin olur. Hər vurduğumuz top qol olsaydı, hər oyunda qələbə qazansaydıq, asanlıqla çempion olardıq. 1, 2, 3 oyunda yaxşı oyanıyrsan, 4-cü alınmır. Biz də bunun fərqindəyik. "Anderlext"lə oyun tamam fərqli olacaq.

 

- Oyundan sonra "Qarabağ"ın kapitanı Rəşad Sadıqovla İbrahim Şehiçarasında dava düşdüyü, hətta əlbəyaxa olduqları ilə bağlı xəbərlər dolaşır. Doğrudan belə bir şey olubmu?

- Mənə də dedilər bunu. Amma inanın ki, belə bir .ey olmayıb. Bizim komandamız elə kollektivdi ki, burda eləşeylər olmaz. Mümkün deyil. Amma Rəşad da, Şehiç də peşəkar futbolçulardı. Əgər dalaşsaydılar, hər ikisi çıxıb açıqlama verərdilər.

 

Elnur SALAHOV


Digər xəbərlər

Xəbər xətti