Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ"ın "Anderlext"lə keçirəcəyi oyunun hakimləri müəyyənləşib. Sportarena.az xəbər verir ki, Bakıda baş tutacaq görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Oliver Draxta olacaq. Ona həmyerliləri Roland Brandner və Ştefan Kuehr köməklik edəcək. Roland Riedel isə dördüncü referi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Anderlext" oyunu saat 22:00-da başlayacaq.