Avropa Liqasının qrup mərhələsinin ikinci turunda keçiriləcək "Krasnodar" - "Qəbələ" matçına təyinatlar açıqlanıb. Sportarena.az xəbər verir ki, Rusiyada keçiriləcək oyun polşalı hakimlər briqadası idarə edəcək.olunub.
Matçın əsas hakimi Marçin Borski olacaq. Ona həmyerliləri Rafal Rostkovski və Marçin Boniek köməklik edəcəklər. Dördüncü referi funksiyasını isə Krjiştof Mirmus yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Krasnodar" - "Qəbələ" oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.