"Xəzər Lənkəran"ın hazırlıq planı bəlli oldu

16:17 28 Sentyabr 2015

“Xəzər Lənkəran”ın Topaz Premyer Liqasının VII turuna hazırlıq planı məlum olub. Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, VI turun “Zirə” ilə ev oyununda 0:1 hesabı ilə uduzan cənublular iki günlük istirahətə buraxılıb.

 

Komanda qısa müddətli fasilədən sonra sentyabrın 30-da Lənkəranda toplaşacaq. “Ağ-yaşıllar” “Qəbələ” ilə səfər oyununun hazırlığına start doğma stadionda start verəcək. Oktyabrın 3-də Qəbələyə yola düşəcək “Xəzər Lənkəran” oyunöncəsi son məşqini də qarşılaşmanın baş tutacağı arenada gerçəkləşdirəcək.

 

Qeyd edək ki, “Qəbələ” – “Xəzər Lənkəran” oyunu oktyabrın 4-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti