"Mən "nemes" kimi adamam, bundan sonra "Xəmsə" adlı fan-klub tanımram" - Elmar Əliyev

19:31 28 Sentyabr 2015

"Kəpəz"in oyununa çox azarkeş getmək istəyirdi. Amma rayon maşınlarının Bakıya buraxılmadığını biləndən sonra fikrimizdən daşındıq. Mən özüm Bakıya rəhbərliklə yollanmışdım".

 

Bu sözləri Sportarena.az-a açıqlamasında "Kəpəz" fan-klubunun rəhbəri Elmar Əliyev deyib. Əliyev Premyer Liqanın VI turunun "İnter"lə oyununda "Xəmsə" fan-klubunun rəhbəri Adil Yahyaoğlu ilə aralarında baş verən xoşagəlməz hadisəyə aydınlıq gətirib:

 

"Mən rəhbərlikdən 2 nəfərlə ayaqüstə dayanıb oyuna baxırdım. Bu vaxt Adil mənə yaxınlaşıb sərt şəkildə "Orda durma, keç, arxada dayan" dedi. Bu isə mənə toxundu. Aramızda mübahisə düşdü. Mən elə adamam ki, bir az əsəbiləşən kimi özümdən çıxıram. Həmin vaxt ağzımdan söyüş də çıxıb. Adilə dedim ki, sən kimsən ki, mənə göstəriş verirsən. Beləcə bir az mübahisə etdik. Bilirsiz, adama təsir edən şeylər var. Azarkeşlərə avtobus lazım olanda, fanatla polis arasında problem olanda Elmar Əliyev qabağa durur. Nə oldu, indi pis adam oldu Elmar? Mən "nemes" kimi adamam, bundan sonra "Xəmsə" adlı fan-klub tanımram".


Digər xəbərlər

Xəbər xətti