"Kəpəz" yenə Bakıda

22:52 28 Sentyabr 2015

Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində “İnter”lə oyundan 1 gün sonra bərpa məşqinə çıxan “Kəpəz” dünən istirahət edib. 
Sportarena.az xəbər verir ki, gəncəlilər bu gündən etibarən, çalışmalarına davam edəcək. 7-ci turda “Sumqayıt”ı qəbul edəcək “sarı-göylər” bu qarşılaşmaya Bakıda ADBTİA stadionunda hazırlaşacaq. Heyətdə zədəli və ya cəzalı futbolçu yoxdu. Sözügedən qarşılaşma oktyabrın 4-də, Gəncə şəhər stadionunda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti