"Qəbələ"nin futbolçusu Sergey Zenyov növbəti dəfə Estoniya millisinə çağırılıb. Sportarena.az xəbər verir ki, 26 yaşlı hücumçunun adı Avro-2016-nın seçmə mərhələsi çərçivəsində İngiltərə və İsveçrə ilə keçiriləcək görüşlər üçün açıqlanan siyahıda yer alıb. Belə ki, baş məşqçi Maqnus Pehrsson Zenyova da dəvət göndərib.
Qeyd edək ki, Estoniya yığması İngiltərə ilə oktyabrın 9-da, İsveçrə ilə isə 3 gün sonra qarşılaşacaq.