17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirib.
Sportarena.az xəbər verir ki, yığmamız Belçikanın Lyej şəhərindəki Academie Robert Louis-Dreyfus stadionunda Çexiya komandası ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 17:00-da başlayan matç çexlərin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Avropa çempionatının seçmə
29 sentyabr
17:00. Azərbaycan U-17 - Çexiya U-17 1:4
Qollar: Merve Özdəmir, 32 - Kamila Dubçova, 11, 57, Mikaela Kirova, 15, Kristina Prikaska, 72
Baş hakim: Eva Auqustyn (Polşa)
Baş hakimin köməkçiləri: Katarzyna Vasiak (Polşa), Joline Delkrois (Belçika)
Dördüncü hakim: Lois Otte (Belçika)