Birinci divizionda da hakimi təhqir elədilər

13:26 29 Sentyabr 2015

AFFA İntizam Komitəsinin iclasında I Divizionun III turunun oyunları da müzakirə olunub. Sportarena.az xəbər verir ki, “Mil-Muğan” – “Zaqatala” matçında “Mil-Muğan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

 

"Ağsu” – “Turan Tovuz” matçının 57-ci dəqiqəsində “Turan Tovuz” klubunun 8 №-li futbolçusu Seymur Tağıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

 

“Bakılı” – “Neftçala” matçının 42-ci dəqiqəsində “Bakılı” klubunun 14 №-li futbolçusu Taleh Babayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

 

Bundan başqa, oyunun 45+1-ci dəqiqəsində “Bakılı” klubunun məşqçisi Əli Hüseynov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırılarkən hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 500 manat cərimə olunub.


Xəbər xətti