"Kəpəz" hücum xətindəki problemi əcnəbi futbolçu ilə həll edib. Bu barədə Sportarena.az-a komandanın baş məşqçisi Şahin Diniyev məlumat verib. Təcrübəli mütəxəssisin sözlərinə görə, Gəncə klubu ön xətti kamerunlu hücumçu ilə gücləndirib.
Artıq ölkəmizə gələn Julien Ebah ilə müqavilə imzalanıb. Onun bugünkü məşqdə iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Elba Kameronun U-21 yığmasında keçirdiyi oyunlarda ümumilikdə 15 qol vurub.