Millimizin rəqibi heyətini açıqladı

14:18 29 Sentyabr 2015

"Avro-2016"nın seçmə mərhələsində gələn ay Malta və İtaliya millisi ilə qarşılaşacaq Norveç yığmasının heyəti açıqlanıb. Sportarena.az xəbər verir ki, baş məşqçi Per-Matias Hoqmo qarşıdakı oyunlar üçün 23 futbolçuya dəvət göndərib.

 

Qapıçılar: Andre Hansen ("Rusenborq"), Rune Jarstein ("Herta, Almaniya), Öryan Haskyold Nilan ("İnqolştadt", Almaniya)

 

Müdafiəçilər: Haytam Alesami ("Qöteburq", İsveç), Jo İnqe Berget ("Malmö", İsveç), Omar Elabdellaoui ("Olimpiakos", Yunanıstan), Veqard Forren ("Molde"), Even Hovland ("Nürnberq", Almaniya), Tom Heqli ("Kebenhavn"), Martin Linnes ("Molde"), Stefan Strandberq ("Krasnodar", Rusiya)

 

Yarımmüdafiəçilər: Pal Andre Helland ("Rusenburq"), Markus Henriksen ("AZ Alkmaar", Hollandiya), Stefan Yohansen ("Seltik", Şotlandiya), Hovard Nordtveit ("Borussiya", Münhenqladbax), Ole Kristian Selnes ("Rusenburq"), Per Silyan Şelbred ("Herta", Almaniya), Aleksandr Tetti ("Norviç", İngiltərə), Valon Berişa ("Zalsburq", Avstriya),

Hücumçular: Josua Kinq ("Bornmut", İngiltərə), Aleksandr Toft Sederlund ("Rusenburq"), Martin Edeqor ("Real", İspaniya), Veton Berişa ("Qroyter Furt", Almaniya)

 

Qeyd edək ki, oktyabrın 10-da öz meydanında Maltanı qəbul edəcək Norveç millisi 3 gün sonra səfərdə İtaliyanın qonağı olacaq.


Digər xəbərlər

Xəbər xətti