"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syominin "Anji"dəki karyerası çox çəkməyib. Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis Mahaçqala təmsilçisi ilə yollarını ayırıb. Müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib.
Komandanı qarşıdakı oyunlara müvəqqəti olaraq köməkçi məşqçi Ruslan Ağalorov çıxaracaq.
Qeyd edək ki, Syomin bu ilin iyununda "Anji" ilə müqavilə imzalamışdı.