"Rauf Cabbarovu söyməmişəm" - "Kəpəz"in məşqçisi

15:28 29 Sentyabr 2015

"Başım qarışıqdı. Mənə verilən cəzadan xəbərim yoxdu".

 

Bu sözləri Sportarena.az-a açıqlamasında "Kəpəz"in məşqçisi Xaliq Mərdanov deyib. AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında mütəxəssisə sərt cəza verilib. Belə ki, Mərdanovun "İnter"lə oyunda matçın baş hakimi Rauf Cabbarovu təhqir etdiyini iddia edən İK ona 5 oyunluq cəza verib. Klubu isə 5000 manat məbləğində cərimələyib. Mərdanov isə iddia edir ki, referini söyməyib:

 

"Bu məsələni aydınlaşdırmaq lazımdı. Mən heçkimi söyməmişəm. Bakıda oxuyuram deyə, bəzi hadisələrdən məlumatsızam".


Digər xəbərlər

Xəbər xətti