FİFA-nın məlum qadağasına görə "Xəzər Lənkəran"la müqavilə imzalaya bilməyən Limam Seydi də cənub təmsilçisindən ayrılıb.
Sportarena.az xəbər verir ki, Seneqal əsilli fransız hücumçu karyerasını Azərbaycanda davam etdirəcək. Təcrübəli forvard "İnter"lə anlaşıb.
Klubun mətbuat xidmətindən saytımıza verilən məlumata görə, Seydi ilə ilin sonunadək müqavilə imzalanacaq.