Avropa Liqasının qrup mərhələsi II turunun "Qəbələ" - "Krasnodar" oyunu öncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşib. Sportarena.az xəbər verir ki, öncə meydan sahiblərinin baş məşqçisi Oleq Kononovla yarımmüdafiəçi Yuri Qazinski 15:00-da jurnalistlərin önünə çıxacaq. "Krasnodar son məşqi isə 18:00-da başlayacaq.
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukla müdafiəçi Arif Daşdəmirov isə 21:15-də jurnalistlərin suallarını cavablandırmağa başlayacaqlar. "Qəbələ"nin oyunöncəsi məşqi isə 22:00-da start götürəcək. Məşq "Kuban" stadionunda baş tutacaq və ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.