Sabir Rüstəmxanlının oğlu klub prezidenti oldu

19:01 29 Sentyabr 2015

"Azəryol" voleybol klubunun rəhbərliyində dəyişiklik baş verib. Sportarena.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, klub prezidenti vəzifəsinə Cəmil Rüstəmxanlı seçilib.

 

O, yeni vəzifədə Cavid Qurbanovu əvəzləyib. "Azəryol"un icraçı direktoru Yusif Atakişiyev, baş məşqçisi isə Aleksandr Çervyakov olub. Klubun sabiq icraçı direktoru Zöhrab Gözəlbəyli "Azərreyl" klubunda eyni vəzifədə işə başlayıb. Baş məşqçi vəzifəsi isə Bülent Karslıoğluna tapşırılıb. Amma "dəmiryolçular"ın yeni prezidenti hələ dəqiqləşməyib.

 

Qeyd edək ki, Cəmil Rüstəmxanlı "Azəryolservis" ASC-nin sədr müavini vəzifəsində çalışır. O, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının oğludur.


Digər xəbərlər

Xəbər xətti