"Qəbələ" Krasnodara yollanır

11:23 30 Sentyabr 2015

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Rusiyanın “Krasnodar” klubu ilə qarşılaşacaq “Qəbələ” oyunun hazırlıqlarını davam etdirir. Sportarena.az klubun saytına istinadən xəbər verir ki, qısa istirahətdən sonra məşqlərini sentyabrın 28-də bərpa edən “qırmızı-qaralar” iki gün Bakıda məşq edib.

 

Bakı Olimpiya stadionunda baş tutan hazırlıqlarda zədəli Rafael Santos istisna olmaqla bütün futbolçular iştirak edib.

 

Komanda bu gün səhər Rusiyanın Krasnodar şəhərinə yola düşəcək. Oyunöncəsi son məşq də qarşılaşmanın baş tutacağı “Kuban” stadionunda keçiriləcək. “Qırmızı-qaralar” bu arenaya Bakı vaxtı ilə saat 22:00-da çıxacaq. Saat 21:15-də isə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk və müdafiəçi Arif Daşdəmirovun iştirakı ilə mətbuat konfransı keçiriləcək.

 

Xatırladaq ki, II turun oyunları oktyabrın 1-də baş tutacaq. “Qəbələ”nin “Krasnodar”la səfər oyunu Bakı vaxtı ilə 00:05-də start götürəcək. Matçı polşalı hakimlər briqadası idarə edəcək.


Digər xəbərlər

Xəbər xətti