Metropoliten "Qarabağ"ın xahişini yerə salmadı

13:18 30 Sentyabr 2015

Bakı Metropoliteni "Qarabağ" futbol klubunun Belçika "Anderlext"i ilə Avropa Liqasının qrup mərhələsinin II tur matçından sonra metronun daha gec bağlanması ilə bağlı müraciətini cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev "Report"a açıqlamasında müraciətin müsbət cavablandırıldığını bildirib.

 

Onun sözlərinə görə, Bakı Metropoliteni gecə saat 01:00-dək açıq olacaq. N.Paşayev qeyd edib ki, təhlükəsizlik tədbirləri ilə əlaqədar "Gənclik" stansiyasında girişi nizamlanacaq: "Sərnişinlərdən xahiş edirik ki, böyük sıxlıq yaranmaması üçün yaxın stansiyalar olan "28 May" və ya "Nəriman Nərimanov"dan da istifadə etsinlər. Metropolitenin bütün stansiyaları saat 01:00-dək açıq olacaq və xahiş edirik ki, vaxtın çoxluğunu nəzərə alaraq böyük sıxlıq yaratmasınlar".

 

Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Anderlext" matçı saat 22:00-da başlanacaq.


Digər xəbərlər

Xəbər xətti