Bu gün UEFA Gənclər Liqasında yeni mövsümə start verilib. Sportarena.az xəbər verir ki, ölkəmiz də ilk dəfə turnirdə təmsil olunub. Azərbaycanın yarışdakı debütünü isə "Rəvan" rəsmiləşdirib.
Çempionlar yolunda mübarizə aparan komandamız I mərhələdə Moskva "Spartak"ı ilə qarşılaşıb. Görüş rusların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, rəqiblər arasında cavab oyunu oktyabrın 21-də baş tutacaq. Bu cütün qalibi II mərhələdə “Ayaks” (Hollandiya) – “Şalke” (Almaniya) duelinin güclüsü ilə qarşılaşacaq.
UEFA Gənclər Liqası, I mərhələ, ilk oyun
30 sentyabr
17:00. “Spartak” (Moskva, Rusiya) – “Rəvan” (Azərbaycan) 4:0
Qollar: Vladislav Pantelyev, 53, 79, Georgi Melkadze, 61, Bakayev, 81
Hakim: Eyko Saar, Silver Koiv, Aron Halsinq (hamlsı Estoniya), Yevgeni Turbin (Rusiya)
Moskva. “Spartak” stadionu. 4-cü meydança