Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda yarımfinal başa çatıb. Sportarena.az xəbər verir ki, tay-brekdə Rusiya təmsilçisi Sergey Karyakin Ukrayna şahmatçısı Pavel Elyanov üzərində qələbə qazanmaqla ikinci finalçı olub.
Həlledici görüşdə Karyakin Rusiyanı təmsil edən digər şahmatçı Pyotr Svidlerlə qarşılaşacaq. Qeyd edək ki, final oktyabrın 1-də start götürəcək. 4 oyundan ibarət finalda qalib müəyyənləşməsə əlavə daha bir görüş oynanılacaq.
Dünya Kubokunun qalibi 120 min ABŞ dolları qazanacaq. Finalçılar eyni zamanda yeni mövsümdə dünya çempionluğuna iddiaçılar turnirində iştirak etmək imkanı qazanıb.