"Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədovun Sportarena.az saytına müsahibəsi
- Sabah Avroliqadakı təmsilçilərmiz qrupda ikinci oyunlarına çıxacaqlar. Maraqlıdır, Arif Əsədov hansı oyuna baxacaq?
- Oyunlar neçədə başlayacaq?
- "Qarabağ" - "Anderlext" oyunu 22:00-da, "Krasnodar" - "Qəbələ" matçı isə 00:05-də start götürəcək.
- İmkan dairəsində hər iki oyuna baxacam. Televiziya vasitəsilə göstərirlərsə, hər ikisinə baxmağa çalışacam. Bunun üçün də evdə olmalıyam ki, oyunlara baxa bilim.
- Öncə "Qarabağ" meydana çıxacaq. "Anderlext" qarşısında Ağdam klubundan nə gözləyirsiz?
-Mən şəxsən "Qarabağ"dan qələbə gözləyirəm. Hiss eliyirəm ki, komandamız "Anderlext"i məğlub edəcək.
- Bunu hissləriniz deyir, yoxsa "Qarabağ"ın sərgilədiyi oyun?
- Həm hisslərim deyir, həm də "Qarabağ"ın sərgilədiyi oyun. Son çempionat oyunlarını demirəm. Amma beynəlxalq arenadakı matçlar, xüsusilə də "Tottenhem"lə səfər oyunu göstərdi ki, "Qarabağ" "Anderlext"i uda bilər. "Qarabağ" ingilis klubuna səfərdə kifayət qədər çətinlik yaşatdı. İndi də "Anderlext"i hökmən udmalıdır deyib, komandanı təzyiq altda saxlamaq istəmirəm.
- Ardıcıl ikinci ildir qrupda çıxış edən "Qarabağ" qarşısına daha yüksək hədəflər qoyub. Sizcə, "Anderlext"lə oyunda istənilən xal itkisi Ağdam klubunun "pley-off"a çıxmaq şanslarına necə təsir edə bilər?
- "Qarabağ"ın qrupdan çıxmaq şansları lap əvvəldən çətin görünürdü. Çünki kifayət qədər güclü komandalarla oynayacaq. Bugünkü oyundan çox şey asılıdır. Hər xal itkisi "Qarabağ"ın əleyhinə Qrupdan çıxmaq şansı əvvəldən də çətin görünürdü. Bundan sonra hər xal itkisi "Qarabağ"ın əleyhinə işləyəcək. Ancaq bu gün qazanılacaq 1 xal belə Ağdam klubu üçün şans yaradacaq. Məğlubiyyət isə şansları daha da çətinləşdirəcək.
- Bəs "Qəbələ"nin "Krasnodar"la oyunu haqda nə düşünürsüz?
- Deyərdim ki, "Qəbələ"ni olduqca çətin oyun gözləyir. Məncə, bu oyunda 1 xalı "Qəbələ" üçün uğur saymaq olar.
- Sizcə, "Qəbələ" buna qadirdi?
- Düşünürəm ki, ola bilər. Futbolda heç nə mümkünsüz deyil. Nə də ki, "Krasnodar" məğlubedilməz komandadır. "Qəbələ"nin heyətinə baxsaq, əksəriyyəti əcnəbi futbolçulardı. Çoxu da milli səviyyəsində çıxış edirlər. PAOK-la oyunda da bunu gördük. Baş məşqçi start heyətində 10 legionerə şans vermişdi. "Qəbələ"nin potensialı imkan verir ki, səfərdə 1 xal qazansın.
- PAOK-la oyundan söz düşmüşkən, "Qəbələ"nin qrupdakı ilk matçında 1 xal qazanması sizin üçün gözlənilmə olmadı?
- Əslində "Qəbələ" həmin oyunda 1 xal qazanmadı, 2 xal itirdi. "Qəbələ" PAOK-u məğlub edə bilərdi. 3 xal qazanmaq olardı. "Qəbələ" həmin oyunda daha şanslı idi.
- Sonda Premyer Liqanın VII turunda baş tutan "Qarabağ" - "Neftçi" matçı haqda soruşmaq istərdim. Oyundan daha çox Fariz Yusifovun son dəqiqələrdə sabiq klubunuzun qapısına təyin etdiyi penalti qərarı ön plana çıxdı. Bu barədə də fikirləriniz maraqlı olardı...
- Bu cür oyunlarda bir şey mübahisə yaradır: penaltinin hansı dəqiqədə verilməsi. Məhz oyunun sonlaında verilən qərar bu qədər mübahisəyə səbəb oldu. Bu cür oyunlarda belə qərar sözsüz ki, öz təsirini göstərir. Ona görə də "Neftçi"ni başa düşmək olar. Həmin gün toydaolduğum üçün oyuna tam baxa bilmədim. Sadəcə, epizodları izlədim. Çoxları deyir ki, "Neftçi" daha yaxşı oynayıb.
Elnur SALAHOV