Sergey Zenyov: "Bunu oyun göstərəcək"

15:23 30 Sentyabr 2015

"Krasnodar" güclü komandadır. Rəqib ağıllı futbol sərgiləyir. Rusiya klubunda xeyli sayda güclü futbolçular var. Fyodor Smolovun son oyunlarını izləmişəm. O, həqiqətən güclü futbolçudur".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin hücumçusu Sergey Zenyov deyib. Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları "Krasnodar"la oyun haqda danışan estoniyalı futbolçu rus klubunun rəsmi saytına açıqlamasında hər oyuna qələbə üçün çıxdıqlarını bildirib:

 

"Avropa Liqasında konkret hədəfimiz var. Əsas məqsədimiz hər oyuna qələbə üçün çıxmaq, sonadək mübarizə aparmaq və 3 xal qazanmaqdır. Krasnodarda qalib gələcəyik, ya yox, bunu oyun göstərəcək".

 

Qeyd edək ki, s"Krasnodar" - "Qəbələ" oyunu sabah, Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti