“Bilirik ki, bizi olduqca çətin oyun gözləyir. “Anderlext” həm müdafiədə, həm hücumda yaxşı oynayır”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Reynaldo Silva deyib. Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ağdam klubu sabah Belçika təmsilçisi “Anderlext”lə qarşılaşacaq. Bu oyundan əvvəl keçirilən mətbuat konfransında baş məşqçi Qurban Qurbanovla birlikdə iştirak edən Reynaldo sabah meydana qələbə üçün çıxacaqlarını bildirib:
“Rəqibin heyətində təcrübəli oyunçular çoxdu. Amma biz də əlimizdən gələni edəcəyik. Azarkeşlərimizin də dəstək olmasını gözləyirik”.
- “Anderlext” sizin sabiq komandanızdı. Sabahkı oyuan necə hazırlaşmısız?
- Mən istənilən komandaya qarşı hazırlaşanda məşqlərdə əlimdən gələni edirəm. “Anderlext”lə oyunda da o cür çıxış edəcəm. Məşqlərdə var gücümlə çalışmışam.
- “Anderlext”in qapıçısı deyib ki, Reynaldo mənim xatirimdədi, onunla görüşmək məni sevindirəcək...
- Onun dediyi xoş sözlərdən məmnunam. Mən də onu görəcəyim üçün şad olacam. Amma biz meydandan kənarda dostuq. Oyunda isə komandamın qələbə qazanması üçün əlimdən gələni edəcəm.
- Rəqib müdafiəçiləri təhlil etmisizmi?
- Təbii ki, rəqibin müdafiəçilərini yaxşı tanıyıram. Onlarla əvvəl bir yerdə də məşq etmişəm. Yetərincə analiz etmişəm. Sabah nə edəcəyimi bilirəm. (apsport.az)