"Reynldo və Armenterosa qarşı ayıq-sayıq olmalıyıq" - "Anderlext" rəsmisi

16:17 30 Sentyabr 2015

"Qazaxıstan və Azərbaycan kimi ölkələrdə futbol hazırda inkişafdadır. Rəqib barədə ətraflı məlumatın olmaması isə xüsusi amillərdəndir. Rəqibimizə hörmətlə yanaşırıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Anderlext"in meneceri German van Holsbek deyib. Klub rəsmisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb:

 

"Uğursuzluqla üzləşsək, buna heç nə ilə bəraət qazandıra bilmərik. Avropada uğur qazanmaq istəyiriksə, xallar qazanmalıyıq. "Qarabağ"ın heyətində iki sabiq futbolçumuz - Reynaldo və Samuel Armenteros çıxış edir. Onlarla qarşı ayıq-sayıq olmalıyıq. Çünki belə oyunçular keçmiş komandalarına qarşı daha ciddi motivasiya ilə oynayırlar, ən yaxşı oyunlarını sərgiləyirlər".


Digər xəbərlər

Xəbər xətti