"Qəbələ" Azərbaycanın ən güclü klublarından biridir" - "Krasnodar"ın kapitanı

17:03 30 Sentyabr 2015

"Qəbələ" haqda az məlumatım var. Amma bilirəm ki, bu, öz ölkəsinin ən güclü klublarından biridi. "Krasnodar"ın şərəfini qorumuş Marat İzmaylov da bu komandanın heyətində çıxış edib. Rəqib haqda digər məlumatları isə oyundan öncə bizə məşqçilər deyəcəklər".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Krasnodar"ın kapitanı Andreas Qrankvist deyib. Klubun rəsmi saytına danışan isveçli müdafiəçi Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində "Qəbələ" ilə keçirəcəkləri oyun haqda fikirlərini açıqlayıb:

 

"Onu deyə bilərəm ki, qrupumuzda aşkar autsayder yoxdur. Heç bir oyun bizim üçün asan olmayacaq. Amma ümid edirəm ki, biz Azərbaycan klubuna qarşı uğurlu oynayıb, qələbəni bayram edəcəyik".


Digər xəbərlər

Xəbər xətti