"Qəbələ" ilə oyuna maksimum köklənməyimiz lazımdır" - "Krasnodar"ın baş məşqçisi

17:49 30 Sentyabr 2015

Rusiyanın "Krasnodar" klubunun baş məşqçisi Oleq Kononov Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı oyun öncəsi fikirlərini açıqlayıb. Sportarena.az xəbər verir ki, o, öncə bunları söyləyib:

 

- "Bizi çətin oyun gözləyir. Çünki "Qəbələ" çox səviyyəli komandadır. Komandanın yaxşı balanslaşdırılmış heyəti, həm yerli, həm də legioner futbolçuları var. Bəzilərini tanıyıram, birgə çalışmışıq. Bizim bu oyuna maksimum köklənməyimiz lazımdır. Həm müdafiədə, həm də hücumda yaxşı oyun sərgiləməklə qələbə qazanmağa çalışmalıyıq.

 

- Rəqibin heyətində tanıdığınız futbolçular kimlərdir, onların hansı üstünlükləri var?

- İlk növbədə Floreskunu qeyd edə bilərəm. Həmçinin "Karpatı"da birgə işlədiyim Sergey Zenyovu. O, indi "Qəbələ"də yaxşı çıxış edir. Bu üzdən də maksimum diqqətdə saxlamalıyıq. Ukraynada çalışdığım dövrdə Aleksey Antonovun, Aleksey Qayın da necə futbolçu olduğunu görmüşdüm. Evdə oynayırıq. Qrupdan çıxmaq üçün evdə keçirdiyimiz bütün oyunlardan qalib ayrılmağımız lazımdır. "Qəbələ"nin PAOK-la oyununu görmüşəm. Amma yunanların hansısa ciddi üstünlüyünün olduğunu deməzdim.

 

- Heyətlə bağlı kardinal dəyişiklik mümkündür?

- Heyətdə heç vaxt kardinal dəyişiklik etmirik. Sadəcə, alınmayan hansısa məqamla bağlı dəyişliklik mümkündür. Biz hücum futbolu sərgiləmək istəyirik. (azerisport.az)


Digər xəbərlər

Xəbər xətti