"Krasnodarda 3 xal qazanmaq istəyirik" - "Qəbələ"nin futbolçusu

19:07 30 Sentyabr 2015

"Bizi "Krasnodar"la çox çətin oyun gözləyir. Buna baxmayaraq, işimizin öhdəsindən gəlməyə çalışacağıq. Əsas məqsədimiz səfərdən sərfəli nəticə ilə qayıtmaqdır. Hətta yaxşı oynasaq, qalib də gələ bilərik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin müdafiəçisi Ermin Zets "qol.az"a açıqlamasında Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları "Krasnodar"la oyun haqda danışarkən deyib.

 

Bosniyalı futbolçu rəqibin güclü komanda olduğunu bildirib: "Bilirik ki, "Krasnodar" çox güclü komandadır. Yenə də 3 xal qazanmaq istəyirik. Ümid edirəm ki, işimizin öhdəsindən gələ biləcəyik. Rəqib komandanın heyətində güclü futbolçular var. Biz bunu yaxşı anlayırıq. Amma futbol kollektiv oyundur və yaxşı oynasaq, uğur qazanacağıq".

 

Əsas heyətdə oynayıb-oynamayacağı ilə bağlı sualı cavablandıran Zets deyib: "Hər şey ola bilər, amma bu baş məşqçinin qərarıdır. Kimin oynayıb-oynamayacağına o qərar verəcək".


Digər xəbərlər

Xəbər xətti