"Qarabağ" "Anderlext"i məğlub edib, 2-ci pilləyə yüksəldi - YENİLƏNİB

23:50 1 Oktyabr 2015

Bu gün Avropa Liqasında qrup mərhələsinin II turunun oyunları keçiriləcək. Sportarena.az xəbər verir ki, ölkəmizin turnirdəki təmsilçilərindən "Qarabağ" da növbəti sınağına çıxacaq.

 

Komandamız qrupdakı 2-ci oyununda "Anderlext"lə üz-üzə gələcək. İlk görüşdə İngiltərədə "Tottenhem"ə 1:3 hesabı ilə uduzan Ağdam klubu ev oyununda qələbə qazanmağa çalışacaq.

 

Qarşılaşma Tofiq Bəhramov adın Respublika stadionunda keçiriləcək və 22:00-da başlayacaq.

 

Avropa Liqası, qrup mərhələsi, II tur

1 oktyabr

J qrupu

22:00. “Qarabağ” (Azərbaycan) – “Anderlext” (Belçika) 1:0
Qol: Almeyda, 36

Baş hakim: Oliver Draxta (Avstriya) 
Bakı. T.Bəhramov adına Respublika stadionu

 

S  Komandalar                  O    Q    H   M    T-f    Xal

1. Tottenhem (İngiltərə)      2     1     1    0    4:2    4

2. Qarabağ (Azərbaycan)    2     1     1    0    2:3    3

3. Monako (Fransa)           2     0     2    0    2:2    2

4. Anderlext (Belçika)        2     0     1    1    1:2    1


Digər xəbərlər

Xəbər xətti