Rusiyalı mütəxəssis Yuri Syomin Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Krasnodar" - "Qəbələ" oyunu haqda fikirlərini açıqlayıb. Sportarena.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan təmsilçimizin sabiq baş məşqçisi komandaların oyun üslublarının bir-birinə oxşadığını vurğulayıb:
"Avropa Liqasının qrup mərhələsində "Krasnodar"ı "Qəbələ" ilə çətin oyun gözləyir. "Krasnodar"ın baş məşqçisi Oleq Kononov "Qəbələ"nin müdafiəsini yarmaq üçün çox çalışmalı olacaq. Azərbaycan çempionatında çıxış edən "Qarabağ" klubunun oyun üslubu "Krasnodar"a bənzəyir".
Syomin axşamkı görüşdən çox qol gözləmədiyini də bildirib: "Bugünkü görüşdən çox qol gözləmirəm. Gərgin və bərabər səviyyəli oyun olacaq. "Krasnodar" üçün əsas məsələ rəqibi düzgün qiymətləndirməkdir. "Qəbələ" çox sabit layihədir. Bu, komandanın oyunu, futbolçular və klub rəhbərliyindən ibarətdir. Klubun sahibləri komandanı savadlı və uğurlu bir şəkildə inkişaf etdirirlər".
Qeyd edək ki, 2013/2014 mövsümündə "Qəbələ"ni çalışdıran Syomin Azərbaycan Premyer Liqasının bürünc medallarına yiyələnib.