"CBC Sport" başlayır

16:43 1 Oktyabr 2015

Bu gün Azərbaycanda yeni idman kanalı ilk dəfə efirə çıxacaq. Sportarena.az xəbər verir ki, "CBC Sport" kanalı bu gündən evlərinizə mavi ekran vasitəsiylə qonaq gələcək.


Bununla bağlı yeni kanalın rəsmi "Facebook" səhifəsində izləyicilərə müraciət ünvanlanıb: "Əziz dostlar, böyük sevinc hissi ilə bildiririk ki, oktyabr ayının 1-dən ölkə teleməkanında yeni "CBC Sport” kanalı test yayımı ilə fəaliyyətə başlayır. Artıq televizorunuzda axtarış verməklə kanalımızı tapa bilərsiniz. Bü münasibətlə idman ictimaiyyətini, idmansevərləri və təbii ki, həm də özümüzü təbrik edirik!

 

Saat 20:00-da ilk olaraq görüşünüzə "CBC İnfo” xəbərlər proqramı ilə gələcək kanalımız,ümidvarıq ki, fərqli və müasir təqdimatla qısa müddətdə bütün tamaşaçıların, eləcə də idmansevərlərin zövqünü oxşayacaq".


Digər xəbərlər

Xəbər xətti