Azərbaycan Triatlon Federasiyasının İcraiyyə Komitəsinin I iclası keçirilib. Sportarena.az xəbər verir ki, Milli Olimpiya Komitəsinin inzibati binasında təşkil olunan tədbirdə ATF-nin rəhbər postlarına seçkilər baş tutub.
İclasda Rüstəm İbrahimov yekdilliklə federasiyanın vitse-prezidenti vəzifəsinə seçilib. Qurumun baş katibi postu isə Cavid Axundzadəyə həvalə edilib.
Tədbirdə, həmçinin Azərbaycanda triatlon tarixində ilk peşəkar klub – “BukuTriClub”u yaradılıb. Bu komanda da artıq Avropa Triatlon İttifaqının bayrağı altında təşkil olunan yarışlara qatıla bilər.
Qeyd edək ki, ATU-nun prezidenti Azər Məhərrəmovdu.