"Bu qrupdan çıxsaq, dünyada "Qarabağ"ın adını tanımayan olmayacaq" - Tahir Gözəl

01:26 2 Oktyabr 2015

"Möhtəşəm qələbə idi. "Qarabağ" tarix üstünə tarix yazır. Hamımızı təbrik edirəm".

 

Sportarena.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib. O, Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ"ın "Anderlext" üzərində 1:0 hesablı qələbəsini dəyərləndirib:

 

"Bu qələbədən sonra qrupda ikinci yerdəyik. Bu tempdə davam etsək, gözəl uğurlar qazanacağıq. Bu qrupdan çıxsaq, dünyada "Qarabağ"ın adını tanımayan olmayacaq. Bunu bacarmaq çətindir, amma biz inanırıq. Hər gün daha da yaxşı oyun göstəririk. Heyətimiz gözəl klub yaradıb. Artıq Avropa səviyyəsində futbol oynayırıq",

 

Tahir Gözəl azarkeşlərin az gəlməsi məsələsinə də toxunub: "Azarkeşlər əvvəllər az idi, sonradan gəlməyə başladılar. Azarkeşlərimiz gəlsə də, gəlməsə də, biz onlardan dəstək gözləyirik. yeni transferləin reallaşması da azarkeşlər üçündür. Xahişim odur ki, gəlib bizə dəstək olsunlar. Bu klub hamımızındır. Nazim Hikmətin bir şeri var, sən yanmasan, mən yanmasam, bu gecə necə aydınlaşar". Biz də çalışırıq ki, azarkeşləri stadiona cəlb edək. Hamımız kluba dəstək verməyə can atmalıyıq".

 

Sonda isə Tahir Gözəl "Krasnodar"la qarşılaşan "Qəbələ"yə uğurlar arzulayıb.


Digər xəbərlər

Xəbər xətti