“Anderlext”in baş məşqçisi: “Biz “Qarabağ”dan güclüyük”

02:18 2 Oktyabr 2015

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a uduzduqları oyundan (0:1) sonra keçirdiyi mətbuat konfransında “Anderlext”in baş məşqçisi Besnik Hasi fikirlərini açıqlayıb:
Sportarena.az mütəxəssisin fikirlərini təqdim edir:


“Əlinə düşən 6 qol imkanından istifadə edə bilmirsənsə, mütləq səni cəzalandıracaqlar. İlk hissədə futbolçularım çox zəif təzir bağışladı. Top bizdə olanda nə edəcəklərini bilmirdilər. İkinci hissədə yaxşı oynasaq da, bunun faydası olmadı. “Qarabağ”ın iki zərbəsindən biri qol oldu. Biz isə 6 real qol imkanından yararlana bilmədik. Qol vurmağa çətinlik çəkirik. Bu çatışmazlığın üzərində işləyirik. Düşünmürəm ki, ən zəif oyunumuz idi. Bu gün xal qazanmalı idik. Avrokuboklarda adi oyun olmur. Burda sona qədər mübarizə aparmaq lazımdır. 

Mən yenə də qeyd edirəm ki, mənim komandam daha güclüdür. Ancaq rəqibi heç vaxt kiçiltmək fikrim olmayıb. Avropada zəif komanda yoxdur. "


Digər xəbərlər

Xəbər xətti