Qriqorçuk: "Gördüm ki, qələbə qazana bilərik"

02:40 2 Oktyabr 2015

Avropa Liqasının qrup mərhələsinin II turunda "Krasnodar"a 1:2 hesabı ilə uduzduqları oyunu dəyərləndirən "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, Qriqorçuk bunları deyib:
"Krasnodar"ı qələbə münasibətilə təbrik edirəm. Məlubiyyətə görə çox pis olmuşuq. Rəqib güclü komanda idi və bu gecə maraqlı oyun keçdi. İlk hissədə nədə geri qaldığımızı gördük. Hücuma başlarkən, nəyin lazım olduğunu bildik və dəyişikliklər özünü göstərdi. "Krasnodar" da oyunun sonuna yaxın müəyyən dəyişikliklər etdi. Bu da onların oyununa və nəticəyə təsir etdi. Gördüm ki, qələbə qazana bilərik. Komandam hücumda yaxşı oynayırdı və buna gücümüz çatırdı. Bu səbəbdən hesabı qorumağa çalışmadıq. Dəyişiklikdən sonra rəqib futbolçu müdafiəçilərimizi ustalıqla aldatdı. Hücumçuya qarşı 5 müdafiəçi də oynasa, onun ustalığı varsa keçməlidir"


Digər xəbərlər

Xəbər xətti