Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün təmsilçimiz “Qəbələ” “Krasnodar” ilə qarşılaşıb və görüş 2:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. Oyundan sonrakı mətbuat konfransında Oleq Kononov oyun barədə danışıb.
Sportarena.az xəbər verir ki, Kononov konfransda bu fikirləri səsləndirib:
“Qəbələ” çox yaxşı komandadı. Rəqib yaxşı oyun göstərdi.
Sonda qol vurduq. Yenə vura bilərdik. “Qəbələ” irəli atılanda boş zonalar buraxdı. İlk 20-30 dəqiqədə 2-3 qol vura bilərdik. Bərabər səviyyəli matç keçdi”.