Dünən Bakıda "Anderlext"i məğlub edən "Qarabağ" qrupda ilk qələbəsini qazanıb. Sportarena.az xəbər verir ki, Ağdam klubunun 1:0 hesablı zəfəri bəzi əlamətdar hadisələrlə yadda qalıb.
Qurban Qurbanovun komandası Belçika klubu ilə görüşdə qapısında top görməməklə, avrokuboklarda öz meydanındakı "quru seriya"sını 5-ə çatdırıb.
Bundan başqa, "Qarabağ"a uduzan "Anderlext"in beynəlxalq arenadakı qələbə həsrəti 12 oyuna çatıb.
Digər tərəfdən, Brüssel klubunu evə əliboş göndərən "Qarabağ" bununla da rəqibin son 6 rəsmi oyundakı məğlubiyyətsizlik seriyasına son qoyub.
Qeyd edək ki, minimal hesablı qələbədən sonra xallarının sayını 3-ə çıxaran "Qarabağ" qrupda 2-ci pilləyə yüksəlib. "Anderlext" isə 1 xalla qrup sonuncusudur.