Millimiz İtaliya və Çexiya ilə eyni qrupa düşdü - YENİLƏNİB

16:16 2 Oktyabr 2015

Bu gün futzal üzrə "AVRO-2016"nın final mərhələsinin püşkü atılacaq. Sportarena.az xəbər verir ki, 4-cü dəfə həlledici etapa vəsiqə qazanan yığmamız da rəqiblərini tanıayacaq.

 

Komandamız püşkatmaya 3-cü, yəni, sonuncu səbətdən qoşulacaq. Belqraddakı mərasim Bakı vaxtı ilə 15:00-da başlayacaq.

 

Qeyd edək ki, final mərhələsi gələn il fevralın 2-dən 13-dək Serbiyada keçiriləcək.

A qrupu: Serbiya, Portuqaliya, Sloveniya
B qrupu: İspaniya, Ukrayna, Macarıstan
C qrupu: Rusiya, Xorvatiya, Qazaxıstan
D qrupu: İtaliya, Çexiya, Azərbaycan
 
Püşk zamanı 3-cü səbətdə qərarlaşan komandamız fevralın 3-də 1-ci səbətdən çıxan son Avropa çempionu İtaliya ilə qarşılaşacaq.  İkinci turun fevralın 5-də keçiriləcək matçında isə yığmamızın rəqibi Çexiya olacaq. Millimiz son turda – fevralın 7-də istirahət edəcək.
 
Qruplarda ilk iki yeri tutan komandalar ayın 8-9-da 1/4 finalda gücünü sınayacaq. Fevralın 11-də yarımfinal, 13-də III yer uğrunda qarşılaşma və final baş tutacaq.
 

 


Digər xəbərlər

Xəbər xətti