"Avropa Liqasında zəif rəqib yoxdur. "Qəbələ" iləoyun bunu bir daha sübut etdi. Oyuna yaxşı başladıq. Sonradan bir qədər "boşaldıq" ki, bu da bizim üçün yaxşı nəticələnmədi. "Qəbələ"nin yaxşı hücumçuları var. Onlar daim məni və müdafiəçilərimizi təzyiqaltında saxladılar".
Sportarena.az xəbər verir ki, bu sözləri "Krasnodar"ın qapıçısı Andrey Sinişın deyib. UEFA-nın rəsmi saytına danışan qolkiper Avroliqanın qrup mərhələsinin II turunda "Qəbələ" üzərində qələbə qazandıqları (2:1) oyun haqda fikirlərini açıqlayıb:
"Buna baxmayaraq, hesab edirəm ki, layiqli qələbə qazandıq. Əlimizə düşən fürsətləri yaxşı dəyərləndirdik".
Sinişın PAOK-la növbəti turdakı oyuna da toxunub: "Qarşıda PAOK-la çətin oyunumuz var. Çılğın yunan azarkeşlər komandalarını ilk dəqiqələrdən sonadək dəstəkləyirlər. Amma biz bu atmosferi Dortmundda görmüşük. Ona görə də PAOK-la hər iki oyunda qələbəyə oynayacağıq".