"Krasnodar"ı məğlub edə bilərdik" - Sergey Zenyov

15:01 2 Oktyabr 2015

"Qəbələ"nin hücumçusu Sergey Zenyov Avropa Liqasının "Krasnodar"la oyunundan sonra Rusiya mətbuatına açıqlama verib. Sportarena.az xəbər verur ki, "rusfootball" saytına danışan estoniyalı forvard bunları deyib.

 

"Təəssüf ki, uduzduq. Halbuki bu gün qol vurmaq və qələbə qazanmaq şanslarımız var idi. Bu oyunu daha sonra komanda şəklində izləyib analiz edəcəyik. Baş məşqçi bizə nəyi düzgün etmədiyimizi başa salacaq".

 

Zenyov "Krasnodar"ın qapısına vurduqları qolun qaydalar çərçivəsində olduğunu söyləyib: "Düşünmürəm ki, qol ofsayddan vuruldu. Həmin epizodda qayda pozuntusu yox idi".


Digər xəbərlər

Xəbər xətti