Qurban Qurbanov Şehiçə qadağa qoydu: "Danışma"

15:15 2 Oktyabr 2015

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov son zamanlar səhvləri ilə yadda qalan qapıçı İbrahim Şehiçin danışmasına qadağa qoyub. Sportarena.az "sportnet.az"a istinadən xəbər verir ki, bu barədə Belçika "Anderlext"i ilə Avropa Liqası matçından sonra bosniya və herseqovinalı qolkiperin özü açıqlama verib.

 

O deyib: "Baş məşqçimiz mənə danışmağa icazə vermir. Ona görə üzrlü sayın".

 

Qeyd edək ki, İbrahim Şehiç "Anderlext"lə qarşılaşmada da kobud səhvlərə yol verib. Xoşbəxtlikdən, "Qarabağ" qapısında qol görməyib və 36-cı dəqiqədə Riçard Almeyda rəqibi məyus edərək, komandasına qələbə qazandırıb - 1:0.


Digər xəbərlər

Xəbər xətti