Peşəkar Futbol Liqası və "Topaz"ın birgə layihələri davam edir. Sportarena.az xəbər verir ki, ötən mövsüm olduğu kimi cari mövsümdə də jurnalistlərin bölgədə keçiriləcək oyunları işıqlandırmalarına şərait yaradılacaq.
2015/2016-cı illər mövsümünün ilk belə səfəri Qəbələyə təşkil olunacaq. Topaz Premyer Liqasının VII turunda keçiriləcək “Qəbələ” – “Xəzər Lənkəran” (04.10.2015, saat 21:00) matçını işıqlandırmaq istəyən jurnalistlərdən sabah günün sonuna qədər PFL-ə məlumat verməlidirlər.
Jurnalistləri Qəbələyə aparacaq avtobus bazar günü saat 13:00-da AFFA-nın inzibati binasının önündən yola düşəcək.