"Anderlext"in qapıçısı Silvio Proto Avropa Liqasının qrup mərhələsində uduzduqları "Qarabağ"la oyun haqda danışıb. Sportarena.az xəbər verir ki, o, Riçard Almeydanın vurduğu qolda səhvinin olduğunu etiraf edib:
"Rəqib futbolçudan zərbə gözləyirdim. Buna hazır idim. Lakin top son anda istiqamətini dəyişdi və məni aldatdı. Zərbə uzaq məsafədən vurulmuşdu. Topu tutmalı idim, amma bacarmadım. Günah məndədir".
Qeyd edək ki, "Qarabağ" Riçard Almeydanın matçın 36-cı dəqiqəsində vurduğu qolla "Anderlext"i 1:0 hesabı ilə məğlub edib.