Azərbaycan kubokunun püşkünün vaxtı müəyyənləşdi

23:15 2 Oktyabr 2015

Azərbaycan kubokunun 2015/2016-cı illər mövsümünün püşkatmasının vaxtı müəyyənləşib.

Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 7 oktyabr, saat 12:00-da AFFA-nın inzibati binasında keçiriləcək püşkatma mərasimində 19 komanda iştirak edəcək.

Turnirdə Azərbaycan Premyer Liqasının 10 komandası ilə yanaşı, birinci divizionun 9 klubu da qüvvəsini sınayacaq.

Azərbaycan Premyer Liqasında çıxış edənlər: “Qarabağ”, “İnter”, “Qəbələ”, “Neftçi”, AZAL, “Xəzər Lənkəran”, “Sumqayıt”, “Rəvan”, “Kəpəz”, “Zirə”.

Birinci divizionda çıxış edənlər: “Bakı”, “Neftçala”, “Qaradağ Lökbatan”, “Turan Tovuz”, “Şahdağ”, “Şəmkir”, “Mil Muğan”, MOİK, “Şərurspor”.


Digər xəbərlər

Xəbər xətti