Devid Bekhem və Aleks Ferqüsson yaşıl meydanlara qayıdır

11:45 3 Oktyabr 2015

"Mançester Yunayted"in və İngiltərə yığmasının keçmiş futbolçusu Devid Bekhem yaşıl meydanlara geri dönəcək.
Sportarena.az xəbər verir ki, Bekhemdən başqa "qırmızı şeytanlar"ın əfsanəvi baş məşqçisi Sir Aleks Ferqüsson da yenidən məşqçilik postunda olacaq
Britaniya mətbuatının yazdığına görə, onların hər ikisi bir ay sonra keçiriləcək humanitar yardım xarakterli matçda iştirak edəcək. "UNİCEF"in təşkil edəcəyi matçda Bekhem Britaniya yığmasının kapitanı Ferqüsson isə baş məşqçisi olacaq.


Digər xəbərlər

Xəbər xətti