Millimizin üzvü oynamadı, komandası darmadağın oldu

13:18 3 Oktyabr 2015

Almaniya ikinci Bundesliqasında 10-cu turun oyunları keçirilib.
 Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna" da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisi səfərdə "Kayzerslautern"lə qarşılaşıb. Qarşılaşma futbolçumuzun komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu mövsüm daha çox "Fortuna"nın U-23 komandasının heyətində meydana çıxan Toğrulun adı əsas komandanın ilk 18-liyində yer alsa da, o, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 


Digər xəbərlər

Xəbər xətti