"Qəbələ"dən "Xəzər Lənkəran"a 6 qol, "Qarabağ" yenidən zirvədə - YENİLƏNİB

22:46 4 Oktyabr 2015

Bu gün Topaz Premyer Liqasında VII tura yekun vurulacaq. Sportarena.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma baş tutacaq.

 

Günün ilk oyunu Gəncədə keçiriləcək. Mövsümə yaxşı başlamayan "Kəpəz" aşağı pillərdə qərarlaşan "Sumqayıt"ı qəbul edəcək. Hər iki komandaya qələbə lazım olduğundan, meydana 3 xal üçün çıxacaqlar.

 

Günün ikinci görüşü paytaxtda olacaq. Mərkəi qarşılaşmada "İnter" və "Qarabağ" komandaları üz-üzə gələcəklər. Zirvənin taleyini yaxından maraqlandıran oyunda hər iki komanda maksimum nəticəyə ümid edəcək. Qələbə qazanan tərəf liderliyə yüksələcək.

 

Tura Qəbələdə yekun vurulacaq. Şəhərin eyniadlı komandası yarımcan "Xəzər Lənkəran"ı qonaq edəcək. 13 xalla 4-cü pillədə qərarlaşan "Qəbələ" qalib gəlməklə, ilk "üçlüy"ə düşmək niyyətindədi. "Xəzər Lənkəran" isə çətin səfərdən ən azı 1 xalla dönməyə çalışacaq.

 

Topaz Premyer Liqası, VII tur

4 oktyabr

 

16:00. “Kəpəz” – “Sumqayıt” 3:1

Qollar: Junior Osvaldo, 9, 80, Rəşad Eyyubov, 90+1 - Uğur Pamuk, 66

Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüqar Bayramov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Xaqani Məmmədov
Gəncə şəhər stadionu

 

19:00. “İnter” – “Qarabağ” 0:2

Qollar: Dani Kintana, 30, Reynaldo, 90+5

Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Munis Abdullayev, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Kərim Ağayev
“İnter Arena”

 

21:00. “Qəbələ” – “Xəzər Lənkəran” 6:0

Qollar: Dodo, 1, Fakundo Pereyra, 10, 79, Aleksey Qay, 45, Aleksey Antonov, 76, Ermin Zets, 89

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Yaşar Abbasov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu


Digər xəbərlər

Xəbər xətti