17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün son oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Gürcüstan komandası ilə qarşılaşan yığmamız böyükhesablı qələbə qazanıb – 5:0.
Merve Özdemirin het-trik etdiyi qarşılaşmada hərəyə 1 dəfə Dilgə Uyğun və Gültac Məmmədəliyeva fərqlənib.